Şiroki Brieq" "Qəbələ" ilə oyunun favoritidir"
"Püşk lotoreyadır. Burada asan, normal və güclü rəqiblə qarşılaşa bilərsiniz. "Qəbələ" ilə müqayisədə "Şiroki Brieq" daha tanınmış klubdur. İstənilən halda II təsnifat mərhələsində bizə çətin olacaq".

Bu sözləri "Qəbələ"nin Avroliqanın II təsnifat mərhələsindəki rəqibi Çexiyanın "Mlada Boleslav" klubunun futbolçusu Jasmin Skuk deyib.

Əslən Bosniyadan olan 23 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında növbəti mərhələdə "Şiroki Brieq" klubu ilə qarşılaşmaq istədiyini bildirib: "Şiroki Brieq" az da olsa, "Qəbələ" ilə oyunun favoritidir. Əlbəttə, növbəti mərhələdə məhz "Şiroki Brieq"lə qarşılaşmaq istərdim. Yenidən Bosniyaya qayıtmağı səbirsizliklə gözləyirəm. Onlara qarşı oyunumuz maraqlı olacaq".

Qeyd edək ki, "Qəbələ" "Şiroki Brieq" səddini keçsə, növbəti mərhələdə məhz "Mlada Boleslav" klubu ilə qarşılaşacaq.

Xəbər 775 dəfə oxundu.