"Tarixi başdan yazan adam - Messi"
"Barselona" klubu hazırda Argentina millisi ilə dünya çempionatında olan futbolçusu Lionel Messinin ad gününü təbrik edib.

Klub bu gün 27 yaşını qeyd edən hücumçuya rəsmi saytından təbrik məktubu ünvanlayıb.

Kataloniya təmsilçisi oyunçunu "Tarixi başdan yazan adam - Messi" adlandırıb.

Qeyd edək ki, L.Messi "Barselona"da oynadığı 425 matçda 354 qol vurub.

Xəbər 922 dəfə oxundu.