Ander Erreranın artıq “Mançester Yunayted”lə razılığa gəlib
İspaniya mətbuatı “Atletik Bilbao”nun yarımmüdafiəçisi Ander Erreranın artıq “Mançester Yunayted”lə razılaşdığını yazıb.

Əvvəlcə bu xəbəri İspaniyanın Cadena Ser radiostansiyası iddia edib. Ardınca isə AS, Radio Bilbao və El Larguero da xəbəri yayımlayıb.

“Mançester Yunayted” hələ Erreranı keçən mövsüm Devid Moyesin istəyi ilə transfer etmək istəyirdi. Qalmaqallı transfer danışığı, “qırmızı şeytanlar”ın futbolçuya görə tələb olunan 36 milyon avronu ödəmək istəməyincə, dayandırılmışdı.

İndi isə xəbər verilir ki, ispan futbolçunun transfer qiyməti iyulun 1-dən 40 milyon avroya qalxacaq. Ona görə də “Mançester Yunayted”in Bilbao təmsilçinin şərtləri ilə razılaşacağı qeyd edilib.

Mənbə 24 yaşlı futbolçu haqqında verdiyi xəbərin, yaxın 24 saat ərzində rəsmi təsdiqini tapacağını da deyib.

Xəbər 772 dəfə oxundu.