“Bakı” yubiley matçına çıxacaq

Premyer Liqanın XV turu “Bakı” üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi ölkə çempionatlarının güclülər dəstəsində 400-cü, yubiley matçına çıxacaq.
İndiyədək 399 oyun keçirən “zolaqlılar” 400 matç həddinə çatan 5-ci Azərbaycan komandası olacaq. Onlara qədər “Neftçi”, “Qarabağ”, “Turan” və “Kəpəz”də bu rəqəmi çoxdan arxada qoyub.
Qeyd edək ki, 1997-ci ildə yaranan, 2004-cü ildən “Bakı” adı ilə çıxış edən komanda 14 il əvvəl “Polis Akademiyası” və “Qartal” klublarının yaranması sayəsində “dünyaya gəlmişdi”. Elə buna görə də “Bakı” yaranmasından əvvəl mövcud olan sələfinin varisi sayılır. Bu isə o deməkdir ki, “Polis Akademiyası”nın oyunları da hesaba alınır.
AZAL-la səfər oyunu isə “Bakı”nın rəqib meydanlarında 200-cü oyun olacaq.

Xəbər 1259 dəfə oxundu.