David Vilya: "55 yaşıma qədər millidə oynamaq istəyərəm"
İspaniya millisini futbolçusu David Vilya DÇ-2014-də Avstraliyaya qalib (3:0) gəldikləri oyundan sonra yığmadakı karyerası ilə bağlı açıqlama verib.

O, bu görüşün onun üçün yığmada sonuncu matç olduğunu düşünür.

"Milli komandada çıxış etməkdən hər zaman zövq almışam. Gücüm çatsa, hələ 55 yaşıma qədər də futbol oynamaq istəyərəm. Ancaq bunun mümkün olacağını düşünmürəm. Visente del Boske məni nə zaman yığmaya dəvət etsə, bu təklifi məmnuniyyətlə qəbul edərəm. Ancaq "Nyu-York Siti"yə transfer olunduğum üçün daha milliyə çağrılacağımı düşünmürəm" - deyə D.Vilya bildirib.

Qeyd edək ki, D.Vilya Avstraliya il matçda komandasının ilk qolunu vurub. Görüşün 57-ci dəqiqəsində əvəzlənən hücumçu ehtiyat oyunçular skamyasında ağlayıb.

Xəbər 869 dəfə oxundu.