Skolari: "Neymar Braziliyanın Messisidir"
"Daha çətin qələbə qazanacağımızı düşünürdük. Ancaq Kamerunla matçda dörd qol vurduq. Bu rəqəm səkkiz ola bilərdi. Komandam daha yaxşı oyun nümayiş etdirdi. Müdafiədə səhvsiz oynadıq. Futbolçularımdan razıyam. Düzdür, bəzən qeyri-stabil çıxış etdik. Ancaq bu, futbolda normaldır".

Bu sözləri Braziliya millisinin baş məşqçisi Felipe Skolari Kameruna qalib (4:1) gəldikləri oyundan sonra deyib.

O, görüşdə iki qol vuran futbolçusu Neymar haqda müsbət fikirlər səsləndirib:

"Argentina Messidən asılı olduğu kimi, biz də Neymardan asılıyıq. Bir sözlə, Neymar da Braziliyanın Messisidir".

1/8 finalda Çili ilə düşmələrini də dəyərləndirən təcrübəli mütəxəssis bildirib:

"Seçim haqqım olsaydı, Hollandiyanı seçərdim. Rəqib Cənubi Amerika təmsilçisi olduğu üçün Çili ilə matç bizə daha çətin gəlir. Onların aldadıcı oyun üslubları var. Çox yaxşı komandadır"

Xəbər 791 dəfə oxundu.