Cerard: "Hələ qərarımı verməmişəm"
İngiltərə millisinin kapitanı Stiven Cerard yığmadakı gələcək karyerası haqda qərar vermədiyini bildirib.

34 yaşlı futbolçu BBC-yə açıqlamasında bir qədər zamana ehtiyacı olduğunu deyib:

"Roy Hocson məndən yığmadakı karyeramı davam etdirməyimi istədi. Ancaq mən hələ qərarımı verməmişəm. Düşünmək üçün 3 həftəlik vaxta ehtiyacım var. Millidəki karyeram haqda qərarımdan ilk Hocson xəbərdar olacaq".

Xəbər 764 dəfə oxundu.