İdman Arbitraj Məhkəməsi öz qərarını yayıb
"Rostov" saytında Lozannadakı İdman Arbitraj Məhkəməsi öz qərarını yayıb.

Buna əsasən Avroliqadan çıxarılan komandanın appelyasiyası qəbul edilərək,onların 2014/15 mövsümündə Avroliqada iştirak edəcəkləri müəyyənləşib.Məhz bu gün CAS Rusiya futbol ittifaqının qərarını ləğv edib.

Xatırladaq ki, Rusiya qurumu Rostova lisenziya vermədiyini bəyan edərək Spartakı Avroliqaya göndərmişdi.

Xəbər 900 dəfə oxundu.