Nani: "Komanda sanki matəm içindədir"
Portuqaliya millisinin futbolçusu Nani ABŞ-la bərabərə qaldıqları oyundan (2:2) sonra fikirlərini bildirib.

Təcrübəli hücumçu qələbə qazana bilmədikləri üçün çox üzgün olduqlarını deyib:

"ABŞ-ı məğlub edib qrupdan çıxmaq şanslarımızı artırmaq istəyrdik. Ancaq heç-heçə etməklə işimizi çətinləşdirdik. Yığmadakı bütün futbolçular çox məyusdur. Komanda sanki matəm içindədir".

Nani Qana ilə görüşdə qalib gəlməyə çalışacaqlarını bildirib:

"Braziliyaya uğur qazanmaq üçün gəlmişdik. Ancaq indi qrupdan çıxmaq şansımız azdır. Qrupun sonuncu turunda Qananı böyükhesabla məğlub etməliyik".

Xəbər 817 dəfə oxundu.