Ueyn Runi komandasının Brazilyadakı çıxışını dəyərləndirdi
“Mançester Yunayted” və İngiltərə millisinin hücumçusu Ueyn Runi, komandasının Brazilyada təşkil olunmuş dünya çempionatındakı çıxışını dəyərləndirib.

The Telegraphy-ın saytının verdiyi məlumata görə, “Mançester Yunayted” və İngiltərə millisinin hücumçusu Ueyn Runi, komandasının Brazilyada təşkil olunmuş dünya çempionatındakı çıxışını dəyərləndirib.

“Suarez əla futbolçudur: iki zərbə və iki qol. Ola bilsin, biz həmin oyunda nəsə edə bilərdik. İndi bu acını qəbul etmək çox vacibdir və növbəti turnirlərdə bunu yadda saxlamaq lazımdı”.“Dünya çempionatını belə tez tərk etmək bizə təsir edir. Amma biz Kosta-Rika ilə mübarizə aparacayıq və göstərəcəyik ki, bizim qürurumuz var”.

“Təzyiq? Hər şey doğrudur. O onsuzda olmalıdır, axı biz İngiltərəni təmsil edirik. Biz meydanda bütün gücümüzü qoyuruq. Təəssüf edirik ki, pley-off mərhələsini çıxa bilmədik. Biz sanki bu turnirə bütün həyatımızı həsr etmişdik”.

“Hocson bizi irəliyə aparır. O İngiltərənin oyun stilini dəyişdi. Siz bizim inkişafımızı görə bilərsiz”.

Xəbər 1039 dəfə oxundu.