Kurtua "DÇ-2014"dən sonra "Çelsi"yə qayıdacaq
Belçika millisinin və "Atletiko" (Madrid) klubunun qapıçısı Tibo Kurtua dünya çempionatından sonra komandasını dəyişəcək.

Bu barədə "goal.com"a açıqlamasında Belçika yığmasının baş məşqçisi Mark Vilmots deyib.

Təcrübəli mütəxəssis Kurtuanın yeni mövsümdə müqavilə ilə məxsus olduğu "Çelsi"yə qayıdacağını bildirib: "Bəli, Kurtua dünya çempionatından sonra "Çelsi"yə qayıdacaq. Belədə Peter Çex komandadan gedə bilər".

Xəbər 812 dəfə oxundu.