Yaya Tureni sarsıdan xəbər
Fildişi sahilli futbolçu İbrahim Ture 29 yaşında dünyasını dəyişib. Bu haqda ölkə Futbol Federasiyasının saytı məlumat yayıb.

Millinin düşərgəsində olan Kolo və Yaya Ture Mançesterdə olan kiçik qardaşlarının ölüm xəbərini DÇ-2014-ün dünən Kolumbiyaya qarşı keçirilmiş oyunundan (1:2) bir neçə saat sonra eşidiblər.

Ölümün səbəbləri haqda açıqlama verilməyib.

Qeyd edək ki, İbrahim Ture “Toumodi”, “Metallurq” (Donetsk), “Nitsa”, ASEK, “Əl-İttihad”, “Misr Lel Makasa”, “Telefonaaat Banu Suveyf” və “Əl-Nəsr” klublarında oynayıb.

Xəbər 826 dəfə oxundu.