Atıcılarımız mövqelərini qorudular

Beynəlxalq Atıcılıq Federasiyası dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, yığmalarımızın aparıcı snayperləri yeni siyahıda mövqelərini qorumağı bacarıblar.
Belə ki, London-2012-yə lisenziya qazanmış İradə Aşumova çıxış etdiyi 10 və 25 m məsafələrə atəş açmaqda yenə də müvafiq olaraq, 33-cü və 59-cu pillələrdə yer alıb. Ruslan Lunyov da bşa məşqçisini məyus etməyib. O, ötən ay olduğu kimi yenə 54-cüdür (10 m). Hər 2 atıcı ilə müqayisədə Nigar Bağırova mövqeyini yaxşılaşdırmağı bacarıb. Gənclər arasında Avropa çempionumuz 10 m məsafəyə atəş açmaqda 6, 25 m-dən hədəfi nişan almaqda isə 2 pillə irəliləyib. Gənc idmançımız hazırda müvafiq olaraq, 115 və 81-ci yerləri tutur.
Stend atıcılarımızdan Olimpiya çempionumuz Zemfira Meftəhəddinova 18-ci, Emin Cəfərov 41-ci yerdədirlər. Hafiz Cəfərovun komandasından Nurlanə Cəfərova və Regina Meftəhəddinova isə hərəyə 1 pillə geriləyiblər. Bu snayperlər son siyahıda müvafiq olaraq, 32 və 71-ci pilləllərə eniblər.

Xəbər 1449 dəfə oxundu.