ABŞ millisində ciddi itki
"DÇ-2014"ün ikinci matçında Portuqaliya ilə qarşılaşacaq ABŞ millisi ciddi itki ilə üzləşib.

Komandanın hücumçusu Cozi Altidor zədə səbəbindən Portuqaliya ilə görüşdə meydana çıxa bilməyəcək.

ABŞ Futbol Federasiyasının rəsmi saytında Altidorun zədəsinin ciddi olduğu və növbəti oyunda risk edilməyəcəyi bildirilib. Lakin Qana ilə oyunda (2:1) bud nahiyyəsindən zədələnən futbolçunun qrupun son matçında, Almaniyaya qarşı oynaya biləcəyi ehtimal olunur.

Qeyd edək ki, ABŞ - Portuqaliya oyunu iyunun 22-də keçiriləcək.

Xəbər 840 dəfə oxundu.