Neqredo "Atletiko"da oynamaq istəyir
"Mançester Siti"nin futbolçusu Alvaro Neqredo "Atletiko" (Madrid) klubunda oynamaq istəyir.

Bu barədə xəbəri "AS" qəzeti yayıb.

İngiltərə təmsilçisində xoşbəxt olmayan ispan hücumçu Madrid klubunun baş məşqçisi Dieqo Simeoneyə ismarıc yollayıb. O, "Atletiko"ya transfer olunmaq istədiyini bildirib.

Madrid təmsilçisinin hücumçusu Dieqo Kosta yeni mövsümdən "Çelsi"də oynayacağı üçün Neqredonun "Atletikoya transferinin baş tutacağı iddia edilir.

Xəbər 882 dəfə oxundu.