Tələbələrin dünya çempionatı davam edir
Monteneqronun Bar şəhərində Tələbələrin 9-cu dünya çempionatında iştirak edən karateçilərimizdən üç nəfəri artıq mübarizəni dayandırıblar.

Kata yarışlarında Tural Balcanlı Yeni Zelandiya (4:1) və Avstraliyalı (5:0) rəqiblərinə qalib gəlsə də sonradan dünya çempionu olan misirli idmançıya (1:2) məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. Taypeyli rəqibinə də (2:3) yenilən T.Balcanlı bürünc medal imkanını əldən verməklə 7-ci nəticə göstərib.

Kata yarışlarına qatılan digər idmançımız Ədilə Qurbanova isə norveçli rəqibini yensə də (5:0) növbəti görüşdə makedoniya təmsilçisinə (0:5) uduzub. Kumite yarışlarında Asiman Qurbanlının (+84 kq) startı uğursuz alınıb. Yarışa ikinci mərhələdən qatılan A. Qurbanlı serbiyalı rəqibinə (1:7) məğlub olub.

Qarşıda Əmir Məcidov (-60 kq), Niyazi Əliyev (-67 kq), Vüsal Kamallı (-75 kq) və Pənah Abdullayevin (-84 kq) döyüşləri var. İdmançılarımız həm də komanda yarışlarına qatılacaqlar.

Xəbər 963 dəfə oxundu.