Yunanıstanın baş məşqçisi : "Qələbə qazana bilərdik"
"Katsuranisin qırmızı vərəqə ilə cəzalandırılmasından sonra oyunda hər şey dəyişdi. On nəfərlə qalmasaydıq, qələbə qazana bilərdik. Fasilədə futbolçularıma müdafiədə yaxşı oynamalı olduqlarının söylədim. Onlar da dediklərimə əməl etdilər".

Bu sözləri Yunanıstan millisinin baş məşqçisi Fernando Santuş DÇ-2014-də Yaponiya ilə oyundan (0:0) sonra deyib.

Komandasının qrupdan çıxmaq şanslarını da dəyərləndirən portuqaliyalı mütəxəssis bildirib ki, növbəti mərhələyə yüksəlmək şansları hələ də var. Ancaq o, bunun üçün Kolumbiyanın Yaponiyaya məğlub olmamasının önəmli olduğunu vurğulayıb:

"Biz də Fil Dişi Sahilinə qalib gəlməyə çalışmalıyıq. Heç-heçə daha bizə sərf etmir. Qələbə qazanmaqdan başqa çarəmiz yoxdur.

Xəbər 838 dəfə oxundu.