“Beşikdaş” da 1/16 finala çıxdı
Futbol üzrə Avroliqada V turun oyunlarına yekun vurulub. İdman.com.az saytı xəbər verir ki, Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Beşikdaş” “Xəzər Lənkəran”ı Avroliqadan kənarlaşdıran “Makkabi” ilə səfər oyununda vacib qələbə qazanıb. “Qara qartallar” evdə darmadağın etdikləri (5:1) “Makkabi”ni səfərdə minimal fərqlə üstələyib. “Ağ-qaralar”ın lideri Rikardo Kuaresmanın son dəqiqədə vurduğu qələbə topu ilə oyunda dublunu rəsmiləşdirib - 3:2.
Bununla da ən yaxın izləyicisi Kiyev “Dinamo” ilə şəxsi göstəriciləri bərabər (evdə 1:0, səfərdə 0:1), top fərqində böyük üstünlüyə (+4) malik “Beşikdaş” demək olar 1/16 finala çıxıb. Bunun üçün artıq növbəti mərhələyə çıxan “Stok Siti” ilə ev oyununda 1 xal da yetərlidir. Ancaq “Beşiktaş” ingilislərə qalib gələrsə, mübarizəni qrup lideri kimi başa vuracağından, doğma azarkeşləri qarşısında yalnız qələbəyə oynayacaq.

Xəbər 1027 dəfə oxundu.