Pekerman: "Debüt edən futbolçularla vacib qələbə qazandı"
Kolumbiya millisinin baş məşqçisi Xose Pekerman "DÇ-2014"də məğlub etdikləri Fil Dişi Sahili yığması ilə oyun haqda danışıb.

Təcrübəli mütəxəssis "Reuters" agentliyinə açıqlamasında bu qələbənin onlara özünəinam gətirdiyini bildirib:

"Dünya çempionatında debüt edən futbolçularla turnirdə iki vacib qələbə qazandıq. Bu qələbə bizdə önünəinam yaratdı. Belə ciddi rəqibi məğlub etdiyimiz üçün çox şadam. Düşünürəm ki, mundialdakı uğur futbolçuların daha da artırmasına kömək edəcək".

Qeyd edək ki, "DÇ-2014"də ikinci matçında Fil Dişi Sahili yığmasını 2:1 hesabı ilə məğlub edən Kolumbiya millisi 1/8 finalda oynamaq hüququ qaazanıb.

Xəbər 843 dəfə oxundu.