Dieqo Kosta: "Heç kəs qələbələrdən yorulmayıb"
İspaniya millisinin hücumçusu Dieqo Kosta "DÇ-2014"də məğlub olduqları Çili ilə oyundan sonra maraqlı açıqlamalar verib.

"Marca" qəzetinə danışan Kosta komandasının qələbələrdən yorulmadığını bildirib:

"Əlbəttə, mən İspaniya millisindəki çıxışımı davam etdirmək istəyirəm. Hədəflərim var, hansı ki, komanda daha öncə buna nail olub. Bu uğursuzluğa görə azarkeşlərdən üzr istəyirəm. Ancaq həyat davam edir. Başımızı qaldıraq və işimizi davam etdirək. Bizim böyük hədəflərimiz var, heç kəs qələbədən yorulmayıb".

Qeyd edək ki, son dünya çempionu olan İspaniya yığması dünən ikinci matçında Çiliyə 0:2 hesabı ilə uduzmaqla qrupdan çıxmaq şansını tamamilə itirib.

Xəbər 819 dəfə oxundu.