"Xəzər-Lənkəran" Türkiyəyə gedir
“Xəzər Lənkəran”ın təlim-məşq toplanışının vaxtında dəyişiklik edilib. Türkiyənin Ərzurum şəhərində hazırlıq keçəcək “ağ-yaşıllar” səfərə iyunun 24-də deyil, 2 gün tez yola düşəcəklər.

Komanda ən uca dağ yüksəkliyi yamacında yerləşən “Xanadu Snow White” otelində toplaşacaq. İki həftəlik toplanış müddətində hazırlıq prosesi haqqında mütəmadi olaraq “Xəzər Lənkəran” TV vasitəsilə video süjetlər, müsahibələr təqdim olunacaq.

Xəbər 1063 dəfə oxundu.