Mingəçevirdə yeni komanda yaradılır
Futbol bölgəsi kimi tanınan Mingəçevirdə yeni komanda yaradılır. Bu klubun dağılmaq təhlükəsi ilə üz-üzə qalan “Eergetik”lə heç bir əlaqəsi yoxdur. Komandanın adı böyük ehtimalla “Mingəçevir” olacaq və birinci divizionda oynamaq üçün müraciət edəcək. Birinci divizionda oynamaq üçün ciddi tələblər olmadığı üçün ən asan yol məhz budur.

Artıq məsələ ilə əlaqədar olaraq, nur şəhərində konkret addımlar atılır. Bizdə olan məlumata görə, komandaya veteran futbolçular Zaur Qarayevlə, Samir Məmmədov rəhbərlik edəcəklər.

Xəbər 853 dəfə oxundu.