Rusiya və Xorvatiyadan xal silinə bilər
Rusiya və Xorvatiya yığması azarkeşlərinin davranışına görə FİFA tərəfindən cəzalandırıla bilər.

Dünya çempionatı fanatların ardıcıl 2-ci dəfə böyük turnirdə rasist hərəkətlərinə yol verdiyi yarış olub. Bu komandanın azarkeşləri Avro-2012-də də özlərini qaydalardan kənar aparmışdılar.Rusiya seçməsinə Avro-2016-nın seçmə mərhələsində şərti 6 xallıq cəza qoyulmuşdu.
Qeyd edək ki, Cənubi Koreya ilə oyunda ruslar "кelt xaçları" – plakatını açmışdılar. Bu da neonasistlərin simvollarından biridir.

Xorvatlar isə Braziliya ilə oyunda faşist simvolları nümayiş etdirirdilər.

Xəbər 871 dəfə oxundu.