Kavani: "Braziliya mundialın əsas favoritidir"
Uruqvay millisinin hücumçusu Edinson Kavani "DÇ-2014"də favorit gördüyü komandanın adını açıqlayıb.

AFP-yə danışan təcrübəli futbolçu Braziliyanın favorit olduğunu bildirib:

"Braziliya millisində PSJ-dən bir neçə komanda yoldaşım var. Onlar haqda danışmaq istəmirəm, ancaq Braziliya yığması mundialın favoriti olaraq qalır. Onlar artıq 5 dəfə titulu qazanıblar. Braziliya millisində aparıcı və oyunun taleyini istənilən vaxt dəyişə biləcək futbolçular var. Ona görə Braziliyanı favorit görürəm".

Xəbər 884 dəfə oxundu.