Polşada gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir
Polşanın Katovitse şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kiloqram çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulmuşlar. Güləşçilərimiz 3 çəkidə təmsil olunacaqlar.

Çempionatda artıq güləşçilərimizin ilk rəqibləri müəyyənləşmişdir. Türkan Nəsirova (44 kq) ukraynalı Anastasiya Yamnuik ilə, Almaz İsmayılova (51 kq) slovakiyalı Vasiliki Kiparissova ilə, Raqnetta Qurbanzadə (67 kq) isə Polşa təmsilçisi Laura Roboçinska ilə üz-üzə gələcəklər.

Xəbər 846 dəfə oxundu.