Sançez: "Çili dünya çempionu ola bilər"
Çili millisinin hücumçusu Aleksis Sançez "DÇ-2014"də məğlub etdikləri İspaniya ilə oyundan sonra iddialı açıqlamaları ilə diqqət çəkib.

"AS" qəzetinə danışan Sançez komandasının dünya çempionu ola biləcəyini deyib:

"İspaniya dünyanın ən güclü komandalarından biridir. "Barselona"dakı oyunumla çox şey öyrənmişəm. Artıq dünya çempionu olmaq haqda düşünə bilərik. Əsas hədəfim də dünya çempionu olmaqdır. Buna potensialımız var. Komandamızda xeyli gənc futbolçu çıxış edir. Onlar da çempion olmaq üçün əllərindən gələni etməyə hazırdırlar".

Qeyd edək ki, "DÇ-2014"ün ikinci matçında İspaniyaya 2:0 hesabı ilə qalib gələn Çili yığması 1/8 finalda oynamaq hüququ qazanıb.

Xəbər 722 dəfə oxundu.