"Qəbələ" Sloveniya klubuna məğlub oldu
Sloveniyada təlim-məşq prosesini davam etdirən "Qəbələ" klubu bu gün növbəti yoxlama matçına çıxıb.

"Qırmızı qaralar" bu dəfə Sloveniyanın "Koper" klubu ilə qarşılaşıb.

Oyun Sloveniya təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, "Qəbələ" ilk matçda Sloveniyanın III liqa təmsilçisi "Stoynitsa"nı 1:0 hesabilə məğlub etmişdi.

18 iyun

Yoxlama oyunu

"Qəbələ" (Azərbaycan) - "Koper" (Sloveniya) - 0:1

Xəbər 833 dəfə oxundu.