Halk: "Ehtiyatda qalmağım baş məşqçinin qərarı idi" | |
Braziliya millisinin hücumçusu Halk dünən Meksika ilə görüşdə oynamamasına aydınlıq gətirib. "SambaFoot"a danışan təcrübəli futbolçu meydana çıxmamasının baş məşqçinin qərarı ilə bağlı olduğunu bildirib: "Zədəm yoxdur. Ehtiyatda qalmağım baş məşqçinin qərarı idi. Təbii ki, meydana çıxmaq istərdim. Lakin baş məşqçinin qərarına hörmətlə yanaşıram". Qeyd edək ki, Braziliya - Meksika oyunu 0:0 hesabı ilə başa çatıb. |
|
Xəbər 950 dəfə oxundu. |
|
|