Akinfeyev üzr istədi: “Problem mənim əlimdə idi”
Rusiya millisinin futbolçusu İqor Akinfiyev DÇ-2014-ün Koreyaya qarşı matçındakı kobud səhvinə görə azarkeşlərdən və komanda yolaşlarından üzr istəyib.

Koreya ilə görüşün 68-ci dəqiqəsində onun biabırçı səhvi ucbatından Rusiya öz qapısından qol buraxıb, sonra isə Kerjakovun vurduğu qol sayəsində bir xal qazana bilib.

İ.Akinfeyev məsələ ilə bağlı bunları deyib: “Bu, uşaq səhvi idi və mənim vicdanıma yazılmalıdır. Belə qol buraxmaq həyəcandan yox, inamsızlıqdan irəli gəldi. Problem bəzilərinin dediyi kimi, heç də topda yox, mənim əllərimdə idi. Belə məqamda bütün normal insanlar üzr istəməlidir, mən də eyni addımı atıram. Milli komandanın qapıçısı bu cür qol buraxmamalıdır”.

Xəbər 940 dəfə oxundu.