Mats Hummels transferi haqda yayılan xəbərləri inkar edib
The Telegraph saytının verdiyi məlumata görə, Dortmund “Borussiya”sının və Almaniya yığmasının müdafiəçisi Mats Hummels, “Mançester Yunayted”ə mümkün transferi haqda yayılan xəbərləri inkar edib.

“Mən hətta bu haqda nə fikirləşmişəm, nə də müzakirə aparmışam. Çünki bu mənim üçün indi prinsipial deyil. Ola bilsin nə vaxtsa bu transfer baş tutsun. Amma fikirləşmirəm ki, bu keçid bu yay olsun”.

Xatırladaq ki, Mats Hummels transferini, Lui van Qal şəxsən özü istəyirdi və əsas hədəflərindən biri olduğu bildirilirdi.

Xəbər 938 dəfə oxundu.