Fabio Koentrao üçün dünya çempionatı erkən başa çatdı
Portuqaliya millisinin futbolçusu Fabio Koentrao üçün "DÇ-2014" erkən başa çatıb.

Almaniya ilə ilk matçda zədələnən oyunçu tibbi müayinədən keçib.

Onun zədəsinin ciddi olduğu və bundan sonrakı görüşlərdə iştirak edə bilməyəcəyi müəyyənləşib.

Portuqaliya Futbol Federasiyası rəsmi saytından bu məlumatı təsdiqləyib.

Xəbər 791 dəfə oxundu.