Skolari: “Yaxşı nəticə qazanmasaq da...”
Braziliya millisinin baş məşqçisi Felipe Luis Skolari DÇ-2014-ün A qrupunda Meksika ilə bərabərə qaldıqları oyun (0:0) haqda fikirlərini bildirib.

Təcrübəli mütəxəssis oyunun nəticəsinin ədalətli olduğunu bildirib:

“Meksika müdafiədə səliqəli oyunu ilə seçildi. Rəqib fiziki cəhətdən də yaxşı təsir bağışladı. Hər iki komandanın qol imkanları oldu. Nəticədə isə hesab 0:0 oldu. Bu, yaxşı nəticə olmasa da, hər halda hər iki komandanın oyununu əks etdirir. Biz yaxşı rəqibə qarşı baxımlı oyun sərgilədik. Qələbə qazanmağı çox istəyirdik, acaq rəqibə də hörmətlə yanaşmaq lazımdır. Meksika güclü komandadır”.

Xəbər 789 dəfə oxundu.