Azərbaycan birinciliyi və paytaxt çempionatı keçirilir


Dekabrın 2-3-də Bakı Gimnastika Məktəbində tamblinq üzrə 9-cu Azərbaycan birinciliyi və paytaxt çempionatı keçiriləcək. Yarışda 26 idmançı iştirak edəcək. Bakı Gimnastika Məktəbi, həmçinin, “Neftçi” və “Təhsil”dən olan gimnastlar öz məharətlərini göstərəcəklər.
İdmançılar üç bölümə: idman ustaları, idman ustalığına namizədlər və birinci, ikinci, üçüncü və 1-ci gənclər dərəcəlilərinə bölünəcəklər. Onlar şəxsi çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Yarışda 5 idman ustası, 3 idman ustalığına namizəd, 4 birinci, 6 ikinci, 5 üçüncü və 3 birinci gənclər dərəcəlilər iştirak edəcək.

Xəbər 1458 dəfə oxundu.