Suarez: "100 faiz hazıram"
Zədə səbəbindən "DÇ-2014"də Kosta Rika ilə oyunu buraxan Uruqvay millisinin futbolçusu Luis Suarez son durumu haqda danışıb.

Təcrübəli futbolçu İngiltərə ilə oyuna 100 faiz hazır olduğunu bildirib:

"Son bir neçə gündə komandamla məşq etdim. Mən 100 faiz hazıram. İndi mənə yalnız meydana qayıtmaq lazımdır. Vəziyyəti bir nəfər dəyişən deyil. Biz hamımız birlikdə işləməliyik".

Qeyd edək ki, Uruqvay millisi mundialda ikinci matçını iyunun 19-da İngiltərəyə qarşı keçirəcək.

Xəbər 819 dəfə oxundu.