"Sumqayıt"dan daha bir transfer
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçunu heyətinə qatıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son olaraq "Rəvan"da çıxış etmiş Elvin Həsənəliyev komanda ilə 1 illik müqavilə imzalayıb.

Elvin "Sumqayıt" klubunda icarə əsasında çıxış edəcək.

Xəbər 769 dəfə oxundu.