Portuqaliya millisində Koentrao və Almeyda şoku
Dünən Almaniya ilə matçda zədələnən Portuqaliya millisinin futbolçuları Huqo Almeyda və Fabio Koentraonun son durumları bəlli olub.

Tibbi müayinədən keçən hər iki oyunçunun zədəsi cididir.

Yığmanın həkimi Enrike Yones Almeyda və Koentraonun ən tezi on günə sağala biləcəyini deyib:

"Onların tam sağalması üç həftə də çəkə bilər".

Qeyd edək ki, Almaniya -Portuqaliya matçı birincilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Əlavə edək ki, sözügedən görüşdə Pepe də birbaşa qırmızı vərəqə aldığı üçün ən azı qrupdakı bir oyunu buraxacaq.

Xəbər 826 dəfə oxundu.