Neymar Peleni geridə qoydu
Braziliya millisinin futbolçusu Neymar Peleni geridə qoyub.

Gənc hücumçu "DÇ-2014"də dünən Xorvatiya ilə matçda iki qol vuraraq komandasının qələbə qazanmasında böyük rol oynayıb.

22 yaşlı Neymar bununla da millidə ilk 50 matçda vurduğu qolların sayını 33-ə yüksəldib və Peleni qabaqlayıb.

Qeyd edək ki, əfsanəvi futbolçu Pele isə millidəki ilk 50 oyuna 30 qol vurub.

Xəbər 923 dəfə oxundu.