Xavi: "Yenidən tarix yazmaq istəyirik"
İspaniya millisinin yarımmüdafiəçisi Xavi Hernandez dünya çempionatında qarşılaşacaqları Hollandiya ilə oyunöncəsi fikirlərini bölüşüb.

Təcrübəli futbolçu yenidən tarix yazmaq istədiklərini bildirib:

"Hollandiya ilə oyun "DÇ-2010"nun finalı kimidir. Rəqib çox sürətli hücumçulara sahibdir. Bu da onların əks hücumlarda təhlükəli olmalarını təmin edir. Ancaq bizim də özümüzə məxsus oyun üslubumuz var və illərdir bununla uğur qazanırıq. Məqsədimiz yenidən tarix yazmaqdır. Hollandiyanın baş məşqçisi Lui van Qalı tanıyıram. "Barselona"da çalışdığı dönəmlərdə mənə hər zaman güvənirdi".

Qeyd edək ki, İspaniya - Hollandiya oyunu bu gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər 841 dəfə oxundu.