Portuqaliya şokda: Ronaldo yenə zədələndi
Portuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldo yenidən zədələnib.

Ulduz futbolçu bir qədər əvvəl keçirilən məşqi yarımçıq tərk edib. Dizindən zədə alan futbolçu məşq meydanını tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

Portuqaliya millisi DÇ-2014-ün ilk oyununu iyunun 16-da Almaniyaya qarşı keçirəcək. Ronaldonun həmin oyunda iştirak edib-etməyəcəyi bügünkü həkim müayinəsindən sonra məlum olacaq.

Qeyd edək ki, Ronaldo zədəsini yenicə sağaltmışdı.

Xəbər 818 dəfə oxundu.