Runi İtaliya matçı haqqında fikirlərini bölüşüb
Ueyn Runi İngiltərənin DÇ-2014 çərçivəsində oynayacağı İtaliya matçı haqqında fikirlərini bölüşüb.

“Əslində mən fikirləşirəm ki, italiyalı futbolçular bizə baxmalı və fikirləşməlidir ki, biz onlara necə nəzarət edəcəyik. Biz Pirloya xüsusi diqqət yetirməyəcəyik. O, fantastik oyunçudur. Onların heyətində yenə yaxşı oyunçular var, amma, həmin oyunçulardan bizdə də var”.

“Fikirləşirəm ki, İngiltərəyə nisbətən, italyanlar daha çox narahat olmalıdırlar. Biz İtaliyanı qabaqlaya bilərik. Maraqlı oyun olacaq. Maraqlı olacaq, son iki ildə bizim nə dərəcədə inkişaf etdiyimizi qiymətləndirmək”.

Xəbər 883 dəfə oxundu.