Dünya çempionatının açılışını bu hakim edəcək
Dünya çempionatının açılış oyunu – Braziliya – Xorvatiya matçının hakimləri müəyyənləşib.

Görüşü Yuiti Nisimuranın başçılıq etdiyi yaponiyalı hakimlər briqadası idarə edəcək.

Oyuna yan xətt hakimi kimi Toru Saqara və Tosiyuki Naqi təyinat alıb.

Xatırladaq ki, Braziliya – Xorvatiya qarşılaşması Bakı vaxtı ilə bu gecə saat 01.00-da başlanacaq.

Xəbər 807 dəfə oxundu.