Pele: "Çili millisi sürpriz edə bilər"
Braziliya futbolunun canlı əfsanəsi Pele dünya çempionatının favoritlərini açıqlayıb.

"Sky Sports"a danışan Pele Çilinin mundialda sürpriz edəcəyinə inandığını bildirib:

"Braziliya millisi finalda hansı komanda ilə qarşılaşmasından asılı olmayaraq hər zaman kuboku qazanmağa iddialı olur. Komandamızla yanaşı, Almaniya və İspaniyanı favorit kimi görürəm. Cənubi Amerikada çempionluq yolunda bizə Argentina və Çili yığmaları mane ola bilərlər. Çili millisi yaxşı komandadır və onların sürpriz edəcəklərinə inanıram".

Xəbər 762 dəfə oxundu.