"DÇ-2010"nun finalını heç vaxt unutmayacam"
Hollandiya millisinin hücumçusu Aryen Robben maraqlı fikirləri ilə diqqət çəkib.

Ölkəsinin mətbuatına danışan futbolçu "DÇ-2010"nun finalında məğlub olduqları İspaniya ilə matçı heç zaman unutmayacağını bildirib:

"Təəssüf hissləri hər idmançının həyatında olur. "DÇ-2010"nun finalında İspaniyaya məğlubiyyəti hər zaman xatırlacayam. Həmin oyunda kuboka yaxın olsaq da, sonda məğlubiyyətlə barışdıq. O final matçını unutmayacam. Lakin artıq bunlar keçmişdə qaldı. Növbəti mundiala köklənməliyik".

Xatırladaq ki, Hollandiya "DÇ-2010"nun finalında İspaniyaya 0:1 hesabı ilə uduzmaqla mundialın ikincisi olmuşdu.

Xəbər 797 dəfə oxundu.