Mançini “Qalatasaray”dan getdi
Bu gün İstanbulun “Qalatasaray” klubu baş məşqçisi Roberto Mançini ilə yolları ayırmaq qərarı verib.

Klubun rəsmi saytı Mançinin istəyinə uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə italiyalı mütəxəssislə əməkdaşlığı dayandırdıqlarını elan edib. İstanbul təmsilçisi klubdakı faəliyyətinə görə Mançiniyə təşəkkürünü bildirib.

Xatırladaq ki, R.Mançini Fatih Terimin istefasından sonra 2013-cü ilin oktyabrın 1-də "Qalatasaray"la müqavilə imzalamışdı.

Xəbər 756 dəfə oxundu.