Robben qol vuranda Hollandiya uduzmur
"DÇ-2014"ün iştirakçısı Hollandiya millisinin futbolçusu Aryen Robben ilginc statistikası ilə diqqət çəkir.

Təcrübəli hücumçu yığmada qol vurduğu 20 matçın heç birində komandası məğlub olmayıb. Hollandiya bu qarşılaşmalardan 17-də qələbə qazanıb, 3-də isə bərabərə qalıb.

Qeyd edək ki, Hollandiya "DÇ-2014"də B qrupunda İspaniya, Çili və Avstraliya milliləri ilə mübarizə aparacaq.

Xəbər 770 dəfə oxundu.