"Bavariya" iki futbolçusu ilə müqavilə yenilədi
"Bavariya" klubu iki futbolçusu ilə müqaviləni yeniləyib.

Münhen təmsilçisi Filip Lam və Tomas Müllerlə yeni müqavilə imzalayıb.

Lam 2018-ci il, Müller isə 2019-cu ilə qədər "Bavariya"nın şərəfini qoruyacaq.

Qeyd edək ki, Müllerlə bir neçə klub yaxından maraqlansa da, təcrübəli futbolçu "Bavariya"da qalmağı üstün tutub.

Xəbər 758 dəfə oxundu.