Balotelli Braziliyada evlənmə təklifi etdi | |
İtaliya millisinin futbolçusu Mario Balotelli etdiyi hərəkətlə yenidən gündəmə gəlib. Gənc hücumçu "DÇ-2014" üçün getdiyi Braziliyada sevgilisi Fanni Nequeshaya ad günündə evlənmə təklifi edib. Ulduz oyunçunun evlənmə təklifini isə sevgilisi qəbul edib. Bu barədə Balotellinin özü "İnstaqram" hesabından yazıb: "Sevgilim mənimlə evlənməyə razı oldu. Bu təklifi ona Braziliyada etməliydim. Səni çox sevirəm. Yaxşı ki, varsan". |
|
Xəbər 772 dəfə oxundu. |
|
|