Mourinyo: "Həyat yoldaşımın istəyi ilə təklifi qəbul etmədim"
İngiltərə Futbol Federasiyası (İFF) millini "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun çalışdırmasını istəyib.

Britaniya mətbuatına danışan portuqaliyalı mütəxəssis deyib ki, yeddi il əvvəl bununla bağlı federasiyadan ona təklif göndərilib.

Ancaq o, həyat yoldaşının istəyi ilə bu təklifi müsbət cavablandırmayıb: "Çelsi"dən ayrılmışdım və İngiltərədə qalmaq istərdim. Ancaq o zaman imzaladığım müqaviləyə əsasən iki il İngiltərə Premyer Liqasında işləyə bilməzdim. Həmin vaxt İngiltərə millisindən təklif almışdım. Ancaq həyat yoldaşımın istəyi ilə bunu qəbul etmədim. O zaman düzgün qərar verdiyimi düşünürəm".

Xəbər 844 dəfə oxundu.