Azərbaycanın U-15 komandası Moldovada iki yoldaşlıq oyunu keçirəcək
İyunun 12-dən 20-dək Moldovanın paytaxtı Kişineuda 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

Hazırlıq prosesi çərçivəsində Moldovanın müvafiq yaş qrupuna aid yığması ilə iki yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.

Toplanışa Məhərrəm Əhmədov, Soltan Mürşüdov, Hüseyn Hüseynzadə, Vüsal Mustafayev, İsmayıl Bünyadov, Seymur Əliyev, Fərid Mahmudov (hamısı “Neftçi”), Nicat Abbasov, Riad Abbaszadə, Rəşid Əliyev, Nicat Mehbalıyev, Şakir Seyidov, Əli Məmmədzadə, Fərid Nadirov (hamısı “Bakı”), Kamran Quliyev, Məhəmməd Abbaslı (hər ikisi “Qəbələ”), Nicat Quluzadə, Nicat Məmmədov (hər ikisi “Qarabağ”), Tahir Zeynalov və Turan Vəlizadə (hər ikisi “Əlincə”) dəvət olunublar.

Xəbər 923 dəfə oxundu.