Arda Turan: "Uruqvay çempion olsa, sevinəcəm”
Türkiyə millisinin və "Atletiko"nun futbolçusu Arda Turan "DÇ-2014" haqda danışıb.

Türkiyənin bu turnirdə iştirak etməyəcəyinə təəssüfləndiyini deyən yarımmüdafiəçi dünya çempionatında favoritinin olmadığını bildirib:

"Favotin kim olduğunu söyləmək çətindir. Amma İspaniya və ya Uruqvay dünya kubokunu qazansa, çox sevinərəm. Aleksis Sançesin oynadığı Çilinin də yaxşı çıxış edəcəyinə inanıram. Onlara da uğurlar arzulayıram".

Xəbər 875 dəfə oxundu.